Regionlarda peşə təhsilinin əlçatanlığının artırılması ilə bağlı keçirilən təqdimatda qadınların üstünlük təşkil etdiyi ixtisaslar üzrə statistik göstəricilər açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, məlumatlara görə, bəzi ixtisaslarda qadınların payı tam üstünlük təşkil edir. Belə ki, “Dayə” ixtisasında qəbul olunanların 100%-i qadınlardan ibarətdir.
Təqdimatda qeyd olunub ki, bu statistika qadınların həm yaradıcı sahələrə, həm də ofis və texniki yönümlü peşələrə marağının artdığını göstərir.
Peşə təhsilində gender balansına dair aparılan təhlillər sektorun daha inklüziv və əlçatan olması istiqamətində müsbət dinamikanı əks etdirir.
"Cebheinfo.az"