AZ

Qadınlar bu sahələrdə çalışmaq istəyir SİYAHI

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Regionlarda peşə təhsilinin əlçatanlığının artırılması ilə bağlı keçirilən təqdimatda qadınların üstünlük təşkil etdiyi ixtisaslar üzrə statistik göstəricilər açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, məlumatlara görə, bəzi ixtisaslarda qadınların payı tam üstünlük təşkil edir. Belə ki, “Dayə” ixtisasında qəbul olunanların 100%-i qadınlardan ibarətdir.

Qalan ixtisaslar üzrə göstəricilər aşağıdakı kimidir:

Laborant-mikrobioloq – 92%

Moda dizaynı – 91%

Geyim üzrə dizayner – 91%

Saç kəsimi və gözəllik – 90%

Qənnadçı/şirniyyatçı – 89%

Kargüzarlıq/ofis işləri – 83%

Interyer dizayn – 81%

Dərzi – 79%

Sığorta işçisi – 71%

Qrafik dizayner – 65%

Veb dizayn və proqram təminatı – 60%

Təqdimatda qeyd olunub ki, bu statistika qadınların həm yaradıcı sahələrə, həm də ofis və texniki yönümlü peşələrə marağının artdığını göstərir. 

Peşə təhsilində gender balansına dair aparılan təhlillər sektorun daha inklüziv və əlçatan olması istiqamətində müsbət dinamikanı əks etdirir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
cebheinfo.az

3Mənbələr