RU

Putindən Zelenskiyə: Təslim ol, əraziləri ver, qarşılığında...

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Donbasdakı vəziyyətlə bağlı Ukrayna lideri Volodimir Zelenskiyə ultimatum verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Express” qəzeti məlumat yayıb.

“Putin Zelenskidən təslim olmasını, Donetsk vilayətində nəzarət etdiyi bütün əraziləri dərhal təhvil verməsini tələb edib. Bunun müqabilində isə “isti müharibənin” dayandırılacağı bildirilib,” — deyə qeyd olunub.

Daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin (USV) Donbasdan çıxarılması barədə qərarı “indi” qəbul etməli olduğunu demişdi.

O, qeyd etmişdi ki, bu qərar çox sayda insanın həyatını xilas edə və konfliktin isti fazasını dayandıra bilər.

Öz növbəsində, Volodimir Zelenski bildirmişdi ki, Ukrayna Rusiyanın Donbasdan qoşunlarını çıxarması tələbini qəbul etmir:

“Kiyev üçün Moskvanın Ukraynanın hesab etdiyi ərazilərdən geri çəkilməsi böyük kompromis sayılır”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
globalinfo.az

2Источники