RU

Salyanda fərdi yaşayış evi yanıb

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Salyanda dördotaqlı fərdi yaşayış evinin yanması ilə nəticələnən hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, axşam saatlarında rayonunun Şəkərli kəndində qeydə alınan yanğın zamanı T.Şahbazova məxsus fərdi yaşayış evi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülərək ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
2
yeniazerbaycan.com

3Источники