RU

İran ABŞ “F 35” ni BELƏ VURDU FOTO KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcı təyyarəsinin Ölkənin mərkəzi bölgələri üzərində vurulduğunu iddia edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı İranın dövlət televiziyası yayıb.

Rəsmi açıqlamada bildirilib ki, təyyarə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müasir hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edilib. Hərbi rəsmilərin sözlərinə görə, ekipaj üzvlərinin katapult edərək xilas olma ehtimalı aşağı qiymətləndirilir.

İran KİV-ləri də hərbi mənbələrə istinadən ABŞ-a məxsus F-35 təyyarəsinin vurulması ilə bağlı məlumat və görüntülər yayıb.

Eyni zamanda, məlumatlara görə, İran Küveytdə yerləşən “Mina əl-Əhmədi” neft emalı zavoduna zərbə endirib. Bildirilir ki, hücum pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib və nəticədə ərazidə genişmiqyaslı yanğın baş verib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisə nəticəsində xəsarət alanlar və neft tədarükündə mümkün fasilələrlə bağlı rəsmi açıqlama verilməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
22
konkret.az

10Источники