RU

Futzal millimizin Tiflis və Aktauya gedəcək heyəti açıqlandı – ARENA.AZ

Futzal üzrə Azərbaycan milli komandası aprelin 5-dən etibarən Bakı şəhərində təlim-məşq toplanışına start verəcək.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, aprelin 9-da və 11-də Tiflisdə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığmaları ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq. Aprelin 5-dən 7-dək Bakıda keçiriləcək hazırlıq prosesinə baş məşqçi Yevgeni Kukseviç 3-ü qapıçı olmaqla ümumilikdə 17 futzalçı dəvət edib.

Komanda məşqlərini gündə iki dəfə olmaqla “Olimpik Star”da reallaşdıracaq.

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli (hər ikisi “Araz-Naxçıvan”), Cavad Məmmədov (“Baku Fire”);

Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı “Neftçi İK”), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı “Baku Fire”), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi “Araz-Naxçıvan”), Qüdrət Qasımzadə (“Şuşa”).

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
25
6
arena.az

10Источники