RU

İranın cənubunda hava zərbəsi nəticəsində humanitar yardım məhv edilib

Buşehr vilayətində Qızıl Aypara obyektinə hücum zamanı konteynerlər və nəqliyyat vasitələri sıradan çıxıb...

Poliqon xəbər verir ki, İranın cənubunda yerləşən Buşehr vilayətində hava zərbəsi nəticəsində humanitar yardıma aid obyektlər məhv edilib. Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin açıqlamasında bildirilib.

Məlumata görə, hücum aprelin 3-də səhər saat 05:00 radələrində Buşehr bölgəsinin Çoqadak ərazisində baş verib. Zərbə İran Qızıl Aypara Cəmiyyətinin yerli bölməsinə yönəlib.

Nəticədə humanitar yardımın daşınması üçün istifadə olunan iki təkərli konteyner tamamilə məhv edilib. Bundan əlavə, bir avtobus və xilasetmə nəqliyyat vasitəsi də sıradan çıxıb.

Qurumun açıqlamasında qeyd olunur ki, zərbə humanitar fəaliyyətlər üçün nəzərdə tutulmuş infrastruktura ciddi ziyan vurub.

Hadisənin təfərrüatları və hücumun kim tərəfindən həyata keçirildiyi ilə bağlı əlavə məlumat verilməyib.

Analitiklər bildirirlər ki, humanitar obyektlərin hədəfə alınması beynəlxalq hüquq baxımından ciddi narahatlıq doğurur və regionda gərginliyi daha da artırır.

Poliqon.info

Избранный
47
35
poliqon.info

10Источники