RU

Futbolçulara ən çox maaş ödəyən kulubun adı AÇIQLANDI

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Premyer Liqası klublarının 2024-cü ildə futbolçulara verdikləri əməkhaqqılar müəyyənləşib.

Modern.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

Ən çox maaşı "Neftçi" klubu oyunçularına ödəyib. Paytaxt təmsilçisində bu rəqəm 18 milyon 287 min 111 manat olub. "Qarabağ" isə 2024-cü ildə futbolçulara 13 milyon 878 min 800 manat maaş verib.

"Sabah"da bu rəqəm 8 milyon 911 min 200 manat, "Sumqayıt"da 4 milyon 431 min 100 manat, "Səbail"də 4 milyon 385 min 800 manat, "Zirə"də 4 milyon 287 min 627 manat, "Araz-Naxçıvan"da 3 milyon 619 min 200 manat, "Turan Tovuz"da 2 milyon 613 min 900 manat, "Kəpəz"də 1 milyon 754 min 700 manat, "Şamaxı"da 1 milyon 4 min 300 manata bərabərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
7
modern.az

10Источники