RU

WUF13 çərçivəsində ISO 20121 standartı Azərbaycanda ilk dəfə tətbiq olundu

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən AZS ISO 20121:2026 “Tədbir davamlılığının idarəetmə sistemləri” dövlət standartı hazırlanıb.

Publika.az xəbər verir ki, sənəd beynəlxalq ISO 20121:2024 “Event Sustainability Management Systems” standartı əsasında formalaşdırılıb və ilk dəfə olaraq Azərbaycanın milli standartlaşdırma sisteminə uyğunlaşdırılıb.

Yenilənmiş ISO 20121:2024 standartı 2024-cü ilin fevral ayında təsdiqlənmişdir. Standartın məqsədi iqlim fəaliyyəti və əlçatanlıq kimi mövzuları nəzərə alaraq davamlılığı tədbir idarəçiliyinin bütün mərhələlərinə inteqrasiya etmək və uzunmüddətli, ölçülə bilən faydaların yaradılmasını təmin etməkdir.

Vacib məqam bu standartın tətbiq sahəsinin genişliyidir. Bu yanaşma təkcə dövlət qurumlarını əhatə etmir. Eyni zamanda özəl sektor, tədbir təşkilatçıları, təchizatçılar və ümumilikdə bu sahədə fəaliyyət göstərən bütün tərəflər üçün yeni imkanlar yaradır. Bu isə o deməkdir ki, gələcəkdə bu standart təkcə bir tədbirin deyil, bütövlükdə ölkədəki ekosistemin bir hissəsinə çevriləcək.

Son illər ərzində Azərbaycanda qlobal miqyaslı tədbirlərin təşkili sahəsində ciddi insan kapitalı və institusional təcrübə formalaşıb. Bu gün biz tədbirlərə ev sahibliyi edən ölkə olmaqla yanaşı, bu sahədə formalaşmış bilik və təcrübəni paylaşan, hətta ixrac edən tərəf kimi tanınırıq.

Избранный
26
publika.az

1Источники