Hazırda «Sumqayıt»da maliyyə yoxlaması aparılır. Bununla bağlı saytımıza məlumat daxil olub. Aldığımız informasiyaya görə, audit SOCAR tərəfindən göndərilib. Neft şirkəti ona aid «Azərikimya» lə yanaşı, adıçəkilən klubun sənədlərini gözdən keçirməyi tapşırıb. Burada məqsəd sadədir - «kimyaçılar»a ayrılan vəsaitin istiqaməti üzrə xərclənməsinə əmin olmaq. Düzdür, SOCAR buna dair hansısa informasiyaya malik deyil, sadəcə, araşdırmaya indi start verilməsi məsləhət bilinib.
SPORTİNFO.AZ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта