RU

Azərbaycana gələn turistlərin sayı azalıb

BAKI, 3 aprel. TELEQRAF

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 163 ölkəsindən 337,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadn xəbər verir ki, gələnlərin 23,2 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,0 faizi İran, 5,0 faizi Gürcüstan, 4,6 faizi Hindistan, 3,7 faizi Pakistan, 3,6 faizi Qazaxıstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Özbəkistan, 2,6 faizi İsrail, 2,0 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, hər birindən 1,3 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, 12,3 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 72,0 faizini kişilər, 28,0 faizini qadınlar təşkil etmişdir.

2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,4 faiz artaraq 13,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,4 faiz artaraq 111,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,9 faiz azalaraq 55,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı 0,7 faiz azalaraq 157,0 min nəfər təşkil etmişdir.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,2 faizi hava, 28,4 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Избранный
30
26
teleqraf.com

10Источники