RU

Tehrandan İrəvana XƏBƏRDARLIQ: Müharibə davam edərsə, Ermənistan problemlərlə üzləşəcək

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Əgər Trampın eskalasiyası davam edərsə, Ermənistanın daxili proqramları da problemlərlə üzləşəcək.

Ölkə.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami  erməni mediasına açıqlamasında deyib. 

"Ümid edirik ki, bu, uzun sürməyəcək. Lakin hesab edirik ki, bu avantüra davam edərsə, ölkənizin daxili proqramları da müəyyən problemlərlə üzləşəcək", -iranlı diplomat İrəvana xəbərdarlıq edib.

Səfir Şirqolami vurğulayıb ki, beynəlxalq hüquqa əsasən, Trampın sənaye və enerji infrastrukturuna edilən hücumları müharibə cinayətləridir və o gələcəkdə  bunnlara görə cavab verilməli olacaq.

"İran bütün ssenarilərə hazırdır. Bu vaxta qədər dözümlülüyümüzü nümayiş etdirmişik, eyni ruhda davam etməyə hazırıq və artıq həm ABŞ-a, həm də İsrailə ciddi zərbələr endirmişik.

Həm Avropada, həm də NATO-da ABŞ-ın ən yaxın müttəfiqləri bunun axmaq bir müharibə olduğu fikrini bildiriblər və onlar orada iştirak etməyə hazır deyillər”, - Xəlil Şirqolami vurğulayıb.

Tehranın Tramp marşrutu (TRIPP) ilə bağlı mümkün narahatlıqları ilə bağlı sualı cavablandıran səfir bildirib ki, biz bu məsələ ilə bağlı əvvəlcədən fikir bildirmək və ya nəticə çıxarmaq istəmirik. "Biz bu barədə əvvəllər də fikrimizi bildirmişik və Ermənistanın tranzit marşrutu kimi potensialının inkişaf etdirilməsinə qarşı olmadığımızı bildirmişik. Həmçinin Ermənistan hakimiyyəti ilə blokadanın qaldırılması, Şimal-Cənub marşrutu və Qara dənizlə Fars körfəzini birləşdirmək məsələlərini müzakirə etmişik. Həmçinin bunun təhlükəsizlik problemləri yaratmaması ilə bağlı narahatlığımızı da ifadə etmişik", - o qeyd edib.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
2
olke.az

3Источники