RU

Ukraynada əməliyyatların dayanması üçün Qərb yardımı kəsilməlidir - Rusiya

Ukraynadakı hərbi əməliyyatların dayandırılması üçün ABŞ və NATO-nun Kiyevə hərbi-texniki yardımı dayandırması vacibdir.

Missiya.Az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Moskvanın Vaşinqtona göndərdiyi siqnallar hələlik nəticə verməyib.

Bloomberg yazır ki, ABŞ rəsmiləri Rusiya və Ukrayna arasında yeni danışıqların mümkünlüyünü istisna etmirlər, lakin tərəflər arasında ciddi fikir ayrılıqları qalır.

Qeyd edək ki, 2026-cı ildə tərəflər Abu Dabi və Ceneva şəhərlərində üç raund danışıqlar aparıblar. Martda planlaşdırılan növbəti görüş baş tutmayıb.

Kremlin sözçüsü Dmitri Peskov danışıqlarla bağlı qeyri-müəyyənliyin davam etdiyini bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski isə ABŞ-də danışıqlar variantının Rusiya tərəfindən rədd edildiyini deyib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
9
missiya.az

1Источники