RU

ChatGPT ekstremizmə meyilli istifadəçiləri müəyyən edəcək

ain.az, Azvision saytına istinadən bildirir.

Agentliyin məlumatına görə, bu təşəbbüs artan məhkəmə iddiaları fonunda təhlükəsizlik məsələlərinin həllinə yönəlib. Yeni alətin hazırlanması ilə Yeni Zelandiyanın ThroughLine startapı məşğul olur. Şirkət bu layihə çərçivəsində OpenAI, eləcə də onun rəqibləri olan Anthropic və Google ilə əməkdaşlıq edir. ThroughLine hazırda istifadəçilərin yazılarında özünə zərər yetirmə, məişət zorakılığı və ya qidalanma pozuntuları ilə bağlı riskləri aşkar etdikdə onları müvafiq dəstək xidmətlərinə yönləndirir. İndi isə şirkət funksiyalarını genişləndirərək zorakı ekstremizmin qarşısının alınmasına yönəlmiş həllər üzərində işləyir. Layihə çərçivəsində ThroughLine The Christchurch Call təşəbbüsü ilə əməkdaşlıq edəcək. 2019-cu ildə Yeni Zelandiyada baş verən terror aktından sonra yaradılan bu platforma internetdə nifrət çağırışlarına qarşı mübarizə aparır. Bildirilib ki, The Christchurch Call ekstremist məzmun aşkar edildikdə ekspert tövsiyələri təqdim edəcək, ThroughLine isə operativ müdaxilə üçün xüsusi çat-botun hazırlanmasını həyata keçirəcək. Səbinə Həsənova

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
azvision.az

1Источники