RU

Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsi aldı FOTOLAR

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsi alıb.

AZXEBER.COM xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı, Quliyeva Leyla Araz qızı Çin Xalq Respublikasının Wuhan şəhərində yerləşən Huazhong University of Science and Technology (HUST) universitetinin Dövlət İdarəçiliyi fakültəsi üzrə doktorantura təhsilini uğurla başa vuraraq məzun olmuş və idarəetmə ixtisası üzrə (e-government istiqaməti) fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülmüşdür.

Qeyd edək ki, Leyla Quliyeva Binəqədi RİH başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələlər sektorunun əməkdaşıdır, dövlət qulluqçusudur.

Quliyeva Leyla Araz qızının əldə etdiyi bu mühüm elmi nailiyyət ölkəmizin dövlət idarəçiliyi sahəsində insan kapitalının inkişafına töhfə olmaqla yanaşı, gənc tədqiqatçılar üçün də nümunəvi uğur kimi qiymətləndirilir.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
1
azxeber.com

3Источники