RU

Ağdaşda 28 yaşlı qadın itkin düşüb

Ağdaş rayon sakini, 28 yaşlı Söygülü Yusibova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

S.Yusibovanın əlamətləri: boyu 163 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində qara şalvar və yaşıl rəngli gödəkçə olub.

Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzi və nazirliyiin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Ağdaş Rayon Polis Şöbəsinin 020-235-51-81 şəhər və 050-451-69-52 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

XQ

 

Избранный
26
21
xalqqazeti.az

10Источники