Ağdaşda 28 yaşlı qadın itkin düşüb.
"Cebheinfo.az" xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Ağdaş rayon sakini Söygülü Yusibova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
S. Yusibovanın əlamətləri: boyu 163 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində qara şalvar və yaşıl rəngli gödəkçə olub.
Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzi və Nazirliyiin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Ağdaş Rayon Polis Şöbəsinin 020-235-51-81 şəhər və 050-451-69-52 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
"Cebheinfo.az"
