RU

İran səfiri TRIPP barədə sualı cavablandırdı

"Biz bu məsələ ilə bağlı əvvəlcədən mövqe bildirmək və ya nəticə çıxarmaq istəmirik".

"Yeni Sabah" Armenian News-a istinadla xəbər verir ki, bunu İranın səfiri Xəlil Şirqolami deyib.

O, Tehranın "Tramp Marşrutu" (TRIPP) ilə bağlı mümkün narahatlıqları ilə bağlı sualı cavablandırıb:

"Biz bu barədə əvvəllər də fikrimizi bildirmişik və Ermənistanın tranzit marşrutu kimi potensialını inkişaf etdirməsinə qarşı olmadığımızı bildirmişik. Blokadanın qaldırılmasını, Şimal-Cənub marşrutunu və Qara dənizi və Fars körfəzini Ermənistanla birləşdirməyi müzakirə etmişik. Bunun təhlükəsizlik problemləri yaratmaması ilə bağlı narahatlığımızı da ifadə etmişik".


Telegram kanalımız
Избранный
40
yenisabah.az

1Источники