"Biz bu məsələ ilə bağlı əvvəlcədən mövqe bildirmək və ya nəticə çıxarmaq istəmirik".
"Yeni Sabah" Armenian News-a istinadla xəbər verir ki, bunu İranın səfiri Xəlil Şirqolami deyib.
O, Tehranın "Tramp Marşrutu" (TRIPP) ilə bağlı mümkün narahatlıqları ilə bağlı sualı cavablandırıb:
"Biz bu barədə əvvəllər də fikrimizi bildirmişik və Ermənistanın tranzit marşrutu kimi potensialını inkişaf etdirməsinə qarşı olmadığımızı bildirmişik. Blokadanın qaldırılmasını, Şimal-Cənub marşrutunu və Qara dənizi və Fars körfəzini Ermənistanla birləşdirməyi müzakirə etmişik. Bunun təhlükəsizlik problemləri yaratmaması ilə bağlı narahatlığımızı da ifadə etmişik".
Telegram kanalımız