RU

Zelenski İranı niyə düşmən hesab edir?

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın İranla münasibətlərindən danışıb...

Poliqon xəbər verir ki, o, İran rejimini niyə düşmən hesab etdiyini izah edib.

"Biz İranla çətin münasibətlər, İranla dialoq, İran rəsmiləri ilə dialoq yaşadıq. Çətin dövrlər yaşadıq və yalnız uduzduq. Biz onlara heç nə etmədik", deyə prezident qeyd edib.

O, 2020-ci ilin yanvar ayında İran tərəfindən Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Ukrayna təyyarəsinin vurulmasını və nəticədə 176 nəfərin ölümünü xatırladıb:

"Təyyarəmizi vurdular, sərnişinlərimizi və heyət üzvlərimizi öldürdülər. Bunu etiraf etmədilər və mütəxəssisləri içəri buraxmadılar".

Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun başlamasından sonra İran mülki şəxsləri öldürən "Şahed"ləri işğalçı ölkəyə təhvil verməyə başlayıb: "Mən buna son qoymaq istəyirdim. Onlardan soruşdum. Onlar birdən çox dron partiyası olmayacağına söz verdilər, amma əslində yalan danışmağa və silah paylamağa davam etdilər. Buna görə də mən onları Rusiyanın əlbirləri hesab edirəm".

Poliqon.info

Избранный
13
poliqon.info

1Источники