RU

Putin Paşinyanla bağlı tapşırıq verdi – Kremldən son qərar

“Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanla münasibətləri davam etdirməyin mümkün olmadığı barədə həftələr əvvəl qərar verib”. 

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, Paşinyan Moskvaya səfəri zamanı bəzi vədlər verir, lakin İrəvana qayıtdıqdan sonra bunun əksinə addımlar atır:

“Baş nazir Rusiyaya vədlərini yerinə yetirmir, əleyhinə kampaniya aparır. Buna görə də, Moskva bütün strukturlardakı qüvvələrinə Ermənistanda Rusiya ilə münasibətləri bərpa edəcək bir şəxsin hakimiyyətə gətirilməsi üçün tapşırıq verib. Hakim Mülki Müqavilə Partiyası Kreml əleyhinə ab-hava yaratdıqdan sonra Rusiya ilə yenidən normal əlaqə quracağına inanırdı.

Məhz buna görə də Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvaya səfəri zamanı əvvəlcə Kremlin İrəvan işləri üzrə kuratoru Kiriyenko ilə görüşməyə çalışdı və rədd cavabı aldı”.

Избранный
16
1
konkret.az

2Источники