RU

SEPAH Dubayda texnologiya şirkətinə zərbə endirib

İran tərəfi Oracle şirkətinə məxsus məlumat mərkəzinin hədəfə alındığını bildirir...

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dubayda ABŞ-nin texnologiya şirkəti Oracle-a məxsus məlumatların emalı mərkəzinə zərbə endirdiyini iddia edib.

Poliqon xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, SEPAH-ın hərbi-dəniz qüvvələrinin komandanlığı tərəfindən edilən açıqlamada hücumun konkret olaraq şirkətin məlumat infrastrukturu obyektinə yönəldildiyi qeyd olunub. Lakin hadisənin nəticələri, mümkün zərər və ya müstəqil təsdiq barədə əlavə məlumat verilməyib.

Qeyd olunur ki, bu, İran tərəfindən regionda yerləşən texnoloji infrastruktura qarşı səsləndirilən ilk belə iddia deyil. Bundan əvvəl SEPAH Bəhreyndə yerləşən Amazon şirkətinə məxsus bulud hesablama mərkəzinə zərbə endirdiyini açıqlamışdı.

Ekspertlər bildirirlər ki, bu cür bəyanatlar regionda yalnız hərbi deyil, həm də texnoloji və kiberməkan sahəsində qarşıdurmanın genişləndiyini göstərir. Eyni zamanda, bu iddiaların doğruluğu ilə bağlı müstəqil təsdiqlərin olmaması onların informasiya müharibəsinin bir hissəsi ola biləcəyini də gündəmə gətirir.

Analitiklərin fikrincə, belə hadisələr Yaxın Şərqdə geosiyasi gərginliyi daha da artırmaqla yanaşı, beynəlxalq şirkətlərin regiondakı fəaliyyətinə də əlavə risklər yaradır.

Poliqon.info

Избранный
38
50
poliqon.info

10Источники