RU

Zaur Axundovun üzərindən ev dustaqlığı götürülmədi

Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundovun ev dustaqlığında saxlanılma müddəti uzadılıb.

Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar çıxarıb. Hakim xüsusilə külli miqdarda yeyintidə ittiham olunan şəxsin istintaqdan yayınma ehtimalının qarşısının alınması məqsədilə təqdimatı təmin edib. Qərara əsasən, Axundovun yaşayış yerini dəyişməsini məhdudlaşdıran ev dustaqlığı qətimkan tədbirinin müddəti uzadılıb.

Qeyd edək ki, Zaur Axundov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Onun “Araz-Naxçıvan” futbol klubunun rəhbəri olan qardaşı Ramin Axundov isə 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə axtarışdadı. Ramin bəy ölkədə olmadığından tutulması mümkün olmayıb.

Qardaşların ikisinin də cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.

Избранный
16
16
football-plus.az

10Источники