RU

Pezeşkian beynəlxalq təşkilatlara çağırış etdi

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə İsrailin ölkənin səhiyyə müəssisələrinə hücumlarını pisləyib.

Milli.Az xəbər verir ki, bu barədə M. Pezeşkian "X"dəki hesabında yazıb.

O, ABŞ və İsrailin İrandakı xəstəxana, əczaçılıq şirkətləri və Paster İnstitutuna hücumlarını anlaşılmaz adlandırıb:

"Mütəxəssis bir həkim olaraq, ÜST-ü (Ümumdünya Səhiyyə Təşkilatı), Qırmızı Xaçı (Beynəlxalq Qırmızı Xaç Komitəsi - BQXK), "Sərhədsiz Həkimlər"i və bütün dünyadakı həkimləri bəşəriyyətə qarşı bu cinayətə reaksiya verməyə çağırıram".

Milli.Az

Избранный
10
milli.az

1Источники