RU

Fastfud restoranlarındakı qiymət və xidmət keyfiyətdən razısız? SORĞU VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son illər ölkə ərazisində kütləvi şəkildə artan fastfud restoranları özlərinə kifayət qədər müştəri toplaya bilib. Buna baxmayaraq, istər belə restoranlara üz tutanlar, istərsə də seçimi daha ənənəvi obyektlərə verən müştərilər hələ də fastfud yeməklərinin hazırlanmasından narahatdır.

Yağış bir həftə əvvəl yağıb, Məmmədli qəsəbəsinin yolları hələ də su altındadır - VİDEO

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə vaxtaşırı bu mövzuda bir sıra şikayətlər üzə çıxır. Kimisi qızardılmış kartofun, yaxud çörəyin köhnəliyindən, kimisi qazlı-şirin içkilərə su qatılmasından, kimisi də istifadə olunan ətin mənşəyindən narazılıq bildirir. Mövzu çərçivəsində paytaxt sakinlərinin də fikirlərini öyrəndik. Sorğuda iştirak edənlər də sosial şəbəkələrdə yayılan fikirləri təsdiqlədi. Digər tərəfdən, təklif edilən məhsulla qiymətin bir-birinə uyğun olmadığını bildirənlər də oldu.

Məsələ ilə bağlı qida mütəxəssisi İlkin Şirinov Avtosfer.az-a müsahibəsində bildirib ki, insanların belə qidaları gündəlik istehlak etməsi onların zərərinədir:

“Bu qidalar hazırlanarkən normadan artıq yağ və duzdan istifadə edilir. Fastfuddan davamlı istifadə sonda insanların sağlamlığı bahasına başa gəlir. Ümumiyyətlə gənclər, uşaqlar və allergic xəstəliyi olan insanlar bu qidalardan uzaq durmalıdırlar. Fastfudlar bilirik ki, yüksək dərəcədə qızardılır və isti vitrinlərdə saxlanılır. Onları istehlak edərkən hansısa kəskin qoxu duysaz, yaxud onun soyuduğunu görsəz, ümumiyyətlə ondan istifadə etməyin. Həmin məhsulda hansısa yad dad, qoxu hiss etsəz, onu geri qaytarmaq kimi hüququnuz var. Bu məhsulu ümumiyyətlə qida rasionunuzdan çıxarın”.

Fastfud məhsullarının ötən ildən bu yana davamlı qiymətlərində artım edilməsi ilə bağlı məsələyə gəlincə, iqtisadçı ekspert Xalid Kərimli açıqlamasında vurğulayıb ki, ölkədə son illər sürətli inflyasiya müşahidə edilir:

“Xüsusilə ərzaq və içki qiymətləri sürətlə artmaqdadır. Ötən il ölkə üzrə inflyasiya 5,6% olmuşdusa, ərzaq məhsullarında bu göstərici 6,8% olub. Yəni, ərzaq qiymətlərindəki artım orta inflyasiya göstəricisindən daha yüksəkdir. Ərzaq qiymətləri artır, içki qiymətlərində bahalaşma var, restoran fəaliyyətilə məşğul olan sahibkarlarının işçilik xərcləri də yüksəlir. Çünki ötənilki orta aylıq əməkhaqqı məbləğində baxanda onun 9,3% artdığı görünür. Eyni zamanda enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərində artım müşahidə olunur. Təbii ki, iaşə sektorunda fəaliyyət göstərən sahibkarların da xərcləri bu səbəbdən artır. Bazar davamlı və dayanıqlı fəaliyyət məqsədi olan sahibkarlar da artan xərcləri qiymətlərin üzərinə keçirirlər”.

Səfər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
avtosfer.az

1Источники