RU

Canluici Buffon da İtaliya millisindən ayrıldı – ARENA.AZ

Ötənlərin məşhur qapıçısı Canluici Buffon futbol üzrə İtaliya milli komandasnın nümayəndə heyətinin rəhbəri vəzifəsindən ayrılıb.

Arena.az xəbər verir ki, sabiq futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

O, bildirib ki, bu qərarı Bosniya və Herseqovina millisinə qarşı məğlubiyyətdən dərhal sonra vermək niyyətində olub:

“İtaliyanın səfərdəki məğlubiyyətindən sonra istefa vermək istəyirdim. Lakin məndən qərarımı yenidən nəzərdən keçirməyim istənildi. Qabriele Qravinanın prezident vəzifəsindən istefasından sonra düzgün hesab etdiyim addımı atmaqda sərbəst oldum”.

Buffon qeyd edib ki, komandanın əsas məqsədi İtaliya milli komandası ilə dünya çempionatına vəsiqə qazanmaq olub, lakin bu hədəfə çata bilməyib:

“Hesab edirəm ki, yeni rəhbərliyin növbəti komandanı formalaşdırmaqda sərbəst olması daha doğrudur”.

Xatırladaq ki, İtaliya milli komandası dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda pley-off finalında Bosniya və Herseqovina seçməsi ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşsa da, penaltilər seriyasında rəqib daha dəqiq olaraq qələbə qazanıb.

Beləliklə, İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsindən kənarda qalıb. Komanda sonuncu dəfə 2014-cü ildə mundialda iştirak edib.

İtaliya yığması tarixində 4 dəfə – 1934, 1938, 1982 və 2006-cı illərdə dünya çempionu olub.

Xatırladaq ki, Canluici Buffon 2023-cü ildən etibarən milli komandanın nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışırdı.

Milli komandanın son uğursuzluğu ilə əlaqədar bu gün İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina da postundan ayrıldığını bəyan edib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
5
6
arena.az

10Источники