AZ

Yüksək Liqa: “Şuşa” da oyuna çıxmadı, “Araz” qalib gəldi – ARENA.AZ

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, bununla da cari mövsümün 4-cü dövrəsinə start verilib.

“Olimpik Star”da baş tutmuş turun ilk oyununda iddialılardan “Araz-Naxçıvan” “Baku Fire” ilə üz-üzə gəlib. Son çempion rəqibi üzərində inamlı qələbəyə sevinib.

Günün digər oyununda “Şuşa” U-19 millimizlə qarşılaşmalı idi. Amma “Şuşa” komandası təyin olunan vaxtda meydana çıxmadığına görə, U-19-la görüş keçirilməyib. Bu matçın nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.

“Lənkəran” komandası isə federasiyaya rəsmi müraciət edərək növbəti oyunlarda iştitak edə bilməyəcəyini bildirib. Əsasnaməyə uyğun olaraq, əyalət təmsilçisi çempionatın oyunlarının 50 faizindən çoxunda iştirak etdiyinə görə, lider “Neftçi”nin aktivinə 3 xal yazılıb.

Yüksək Liqa
16-cı tur
2 aprel

Araz-Naxçıvan – Baku Fire 5:1
Hakimlər: Knyaz Əmiraslanov, Hidayət Feyzullayev, Ramil Namazov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. “Olimpik Star”. Saat 14:00.

Şuşa – U-19 matçı baş tutmayıb
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Hikmət Qafarlı.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Xallar: Neftçi İK – 43. Araz-Naxçıvan – 40. Baku Fire – 29. Şuşa – 18. U-19 – 9. Lənkəran – 0.

Bombardirlər: Sadeq Caviditavar (“Şuşa”) – 23 qol. Luicci Lonqo (“Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”), Allef Mayolli (“Neftçi” İK) – 21 qol.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
10
11
arena.az

10Mənbələr