Əsgəran və Xocalıya da qatarla getmək mümkün olacaq.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin şöbə müdiri Bəxtiyar Hacıyev deyib
O bildirib ki, ADY Qarabağ və Şərgi Zəngəzurda dəmiryolu infrastruktunun yenidən qurulması ilə bağlı layihələri davamlı şəkildə həyata keçirir.
Ağdam-Xankəndi dəmir yolunun üzərində 3 stansiyanın tikintisi nəzərdə tutulur.
Qeyd edək ki, ötən ilin avqustunda Bakı-Ağdam-Bakı marşurutu üzrə qatarlar istifadəyə verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.