RU

Murad Arif ilə Orxan Zeynallı işbirliyinə imza atdı -Fotolar

 
Son dövrlərin ən aktiv konsert verən sənətçilərindən olan Murad Arif və Orxan Zeynallı, nəhayət ki, bir layihədə bir araya gəlib.
 
Musavat.com xəbər verir ki, sözləri və musiqisi Murad Arifə, rep hissəsi isə Orxan Zeynallıya məxsus olan yeni trek "Üzr” adlanır. Mahnı üçün çəkilən klipin isə olduqca təsirli və "kino effekti” yaradan vizual üslubda olduğu bildirilir.
 
Ekran işinin rejissoru Delee Orucludur. Layihənin fotoçəkilişləri isə İlqar Məhərrəmov tərəfindən həyata keçirilib.
 
"Üzr” mahnısının klipi aprelin 3-də təqdim olunacaq.
 
Könül 
Musavat.com

 

 

 

 

 

Избранный
20
1
musavat.com

2Источники