RU

Yaxın Şərq ölkələrindəki körpülər İranın hədəfində

İran İsrail və digər Yaxın Şərq ölkələrindəki körpülərə hücum edəcək.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən verilən açıqlamada bildirilir ki, Tehran və Kərəci birləşdirən körpü vurulduqdan sonra bu yerlər qanuni hədəflərə çevrilib. Xüsusilə, İran ordusu İsraildəki 87 nömrəli magistral yolda Aşağı Qalileyanı Qolan təpələri ilə birləşdirən Arik körpüsündən bəhs edib.

İranın bəyanatında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, İordaniya və İraqdakı körpülərdən də danışlır.
Daha əvvəl ABŞ və İsrailin Kərəcdəki Əzimənin ətrafındakı bir neçə İran məhəlləsinə hücum etdiyi bildirilib. Zərbələrdən biri İslam Respublikasının ən hündür körpülərindən biri hesab edilən B1 körpüsünü hədəf alıb.

//Samir Qurbanov, Editor.az

Избранный
29
editor.az

1Источники