RU

İranın hava qüvvələri həqiqətən məhv edilib? -AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp televiziya çıxışında bildirib ki, İranın donanması yoxa çıxıb, İranın hava qüvvələri məhv edilib.

ABŞ liderinin sözlərini Redaktor.az-a şərh edən hərbi ekspert Anar Şuşalı bildirdi ki, Donald Tramp tərəfindən səsləndirilən “İranın donanması yoxa çıxıb, hava qüvvələri məhv edilib” kimi iddialar geniş müzakirə olunur.

Onun sözlərinə görə, bu cür bəyanatların daha çox siyasi və informasiya müharibəsi xarakteri daşıdığı görünür:

"Müasir münaqişələrdə liderlər tez-tez psixoloji üstünlük qazanmaq və rəqibi zəiflətmək üçün şişirdilmiş açıqlamalar verirlər. Bu, həm daxili auditoriyaya güc nümayişi, həm də qarşı tərəfə mesaj məqsədi daşıyır.
Reallıqda isə İran uzun illərdir asimmetrik hərbi strategiya qurub. Onun gücü əsasən raket proqramı, pilotsuz uçuş aparatları və sürətli dəniz qüvvələrinə əsaslanır. Bu səbəbdən İranın donanmasının və hava qüvvələrinin qısa müddətdə tam məhv edilməsi real görünmür. ABŞ və İsrailin texnoloji üstünlüyü İranın müəyyən obyektlərinə ciddi zərbə vurmağa imkan versə də, bu, bütün hərbi potensialın sıradan çıxması demək deyil. Nəticə etibarilə, Donald Trampın açıqlamaları daha çox siyasi ritorika kimi qiymətləndirilməlidir və mövcud vəziyyəti tam əks etdirmir".

Aytəkin TOFİQQIZI

Избранный
59
50
redaktor.az

10Источники