ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti dəfə sərt və diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, o, Tehrana açıq mesaj göndərərək vəziyyətin daha da ağırlaşa biləcəyini bildirib.
Trampın sözlərinə görə, “İranın ən böyük körpüsü artıq dağılıb və bir daha istifadə olunmayacaq”. O, bunun yalnız başlanğıc olduğunu vurğulayaraq əlavə edib ki, qarşıda daha ciddi proseslər baş verə bilər.
ABŞ lideri İranı vaxt itirmədən razılaşmaya gəlməyə çağırıb: “İranın çox gec olmamışdan əvvəl razılaşma əldə etməsinin vaxtıdır. Əks halda, əla bir ölkə ola biləcək bir şey qalmayacaq”.
Musavat.com