RU

Bakıda həyət mübahisəsi: sürücü özünə qanunsuz parkinq yeri ayırıb FOTOLAR

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bakı şəhərində çoxmənzilli binaların həyətlərində parklanma problemi sakinlər arasında narazılıq yaratmaqda davam edir.Bu barədə Patrul.az redaksiyasına daxil olan növbəti müraciət Nəsimi rayonu, Həmid Sultanov küçəsi 34C ünvanında yerləşən Shahdağ MTK ətrafındandır.Şikayətə görə, 10-FL-017 dövlət qeydiyyat nişanlı “Land Rover” markalı avtomobilin sahibi yaşadığı binanın qarşısında xüsusi qurğu quraşdıraraq ərazini özünə məxsus parkinq yeri kimi istifadə edir. Halbuki sözügedən sahə ümumi istifadəyə açıq həyət ərazisidir və bütün sakinlər bərabər hüquqlara malikdir.Sakinlər bildirirlər ki, onsuz da məhəllədə avtomobil saxlamaq üçün yer çatışmazlığı var. Bu səbəbdən sürücülər bəzən 10-15 dəqiqə boş yer axtarmağa məcbur qalır. Belə vəziyyətdə bir nəfərin ümumi sahəni zəbt etməsi narazılığa səbəb olub.Müraciətdə qeyd olunur ki, bu cür halların qarşısı alınmalı və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülməlidir.Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.

Demokrat.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
demokrat.az

1Источники