RU

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

BAKI, 2 aprel. TELEQRAF

İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina istefa verib.

Teleqraf xəbər verir ki, bu gün Romada keçirilən iclasda o, istefasını təqdim edib.

Federasiya rəhbərliyi isə bunu qəbul edib.

Buna səbəb İtaliya millisinin son 3 dünya çempionatına vəsiqə qazana bilməməsi olub.

Qeyd edək ki, FIGC-nin yeni prezidenti iyunun 22-də seçiləcək. Qravina 2025-ci ilin fevralından bu vəzifəni icra edirdi.
Tezliklə baş məşqçi Cennaro Qattuzonun da vəzifəsindən ayrılacağı gözlənilir.

Избранный
35
50
teleqraf.com

10Источники