RU

Blogerin çəhrayı rəngə boyadığı fil öldü: Sosial media ayağa qalxdı

Hindistanda rusiyalı bloger Yuliya Burlyayevanın fotosessiya üçün çəhrayı rəngə boyadığı 65 yaşlı fil ölüb. Heyvanın çəkilişdən bir neçə gün sonra tələf olması geniş reaksiyaya səbəb olub.

Publika.az xəbər verir ki, hadisə Caypur şəhərində baş verib.

İlkin məlumatlara görə, yaşlı filin ölümünə səbəb çəkiliş zamanı yaşadığı güclü stress və ya bədəninə çəkilən boyanın tərkibindəki toksik maddələr ola bilər.

Sözügedən fotosessiya 2025-ci ilin noyabrında Qaneşa məbədinin qarşısında baş tutub. Görüntülər yayıldıqdan dərhal sonra bloger heyvanlara qarşı amansız rəftarda ittiham olunub. İzləyicilər ona canlı varlıqlara əzab vermək əvəzinə, süni intellekt imkanlarından istifadə etməyi məsləhət görüblər.

Yuliya Burlyayeva isə ittihamları rədd edərək, filin çəkilişdən bir neçə gün deyil, bir neçə ay sonra təbii səbəblərdən öldüyünü iddia edir. Bloger hazırda hər dəqiqə lənət dolu mesajlar aldığını etiraf edib.

Избранный
32
publika.az

1Источники