RU

Bu qəsəbədə 17 il sonra uşaq doğuldu

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Cənubi Koreyanın Xonson vilayətində maraqlı hadisə yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İnxa-myon qəsəbəsində 17 il sonra körpə dünyaya gəlib.

Körpə kambocalı miqrantların ailəsində doğulub. Bununla əlaqədar hətta mərkəzi küçədə xüsusi banner də asılıb. Hazırda şəhərciyin əhalisi 2 min civarındadır. Amma bir neçə il əvvəl bu rəqəm 2600 olub. Əlamətdar hadisədən sonra mer gələcəkdə uşaqları olacaq ailələrə köməklik göstərəcəkləri barədə açıqlama verib.

İnxa-myonla bağlı daha bir maraqlı fakt - burada 13 şagirdi olan cəmi 1 məktəb var. Bir neçə gün əvvəl məktəbə ətraf qəsəbədən daha 4 nəfər qəbul olunub və şagirdlərin sayı 17-ə çatıb.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
525.az

1Источники