RU

Bulvarda gül gülü çağırır Rəngarəng zanbaqların fonunda romantik mənzərə FOTOREPORTAJ

ain.az, Oxu.az saytına istinadən bildirir.

Baharın gəlişi ilə Bakı Bulvarı yenidən rəngarəng görkəm alır, burada müxtəlif çiçəklərin mövsümü başlayır.

Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, bulvar ərazisində əkilən 80 mindən çox zanbağın 8 müxtəlif rəng çaları şəhərə xüsusi gözəllik qatır.

Paytaxt sakinləri və turistlər bu mənzərəni seyr etmək, foto çəkdirmək üçün sözügedən məkana üz tuturlar.

Təmiz hava və çiçəklərin ətri insanlara xoş ovqat bəxş edir. Bu mövsüm şəhərin ən gözəl və romantik məqamlarından biri hesab olunur.

Bakı Bulvarında zanbaqların açması baharın ən sevilən əlamətlərindən biridir.

Bakı Bulvarında zanbaqların fonunda yaranan mənzərəni əks etdirən fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
53
50
oxu.az

10Источники