RU

İlahiyyat İnstitutu maarifləndirmə tədbirlərinə başlayıb

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən 2026–2027-ci tədris ili üzrə abituriyentlərin məlumatlandırılmaları məqsədilə maarifləndirici tədbirlərə başlanılıb. Bu çərçivədə növbəti görüş Bakı şəhərinin Pirallahı rayonunda yerləşən 168 nömrəli tam orta məktəbdə təşkil olunub.

XQ xəbər verir ki, tədbirdə məktəbin yuxarı sinif şagirdləri, müəllimlər və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov iştirakçıları salamlayaraq, bu səpkili maarifləndirici görüşlərin gənclərin düzgün ixtisas seçimi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, ölkəmizdə gənclərin təhsilinə göstərilən dövlət qayğısından bəhs edib, onların savadlı və milli-mənəvi dəyərlərə bağlı vətəndaş kimi yetişmələrinin vacibliyini nəzərə çatdırıb.

Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova ölkəmizdə dövlət–din münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Din sahəsinə göstərilən diqqət və qayğının, milli-mənəvi dəyərlərin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyib. 

E. Əzizova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Aİİ-nin ölkədə yeganə ali dini təhsil müəssisəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, İnstitutda müasir təhsil standartlarına uyğun olaraq, yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində sistemli işlər görülür.

E.Əzizova İnstitutda mövcud olan ixtisaslar, tədris prosesi, müəllim–tələbə münasibətləri və şəffaf akademik mühit haqqında ətraflı məlumat verib.  Qeyd edib ki, Aİİ-də tələbələrin bilik və bacarıqlarının inkişafına xüsusi önəm verilir, onların elmi potensiallarının artırılması məqsədilə müxtəlif layihə və proqramlar həyata keçirilir.

Aİİ-nin rektor köməkçisi Emin Orucov İnstituta qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. Ali təhsil müəssisəsinə qəbul olunacaq hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını bildirib. 

E.Orucov daha sonra xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil, tələbələrin sosial həyatı haqqında ətraflı danışıb.

Pirallahı rayon məscidinin imamı Mübariz Rəhimov çıxışında dini maarifləndirmənin əhəmiyyətindən danışıb, düzgün dini biliklərin cəmiyyət üçün zəruriliyini vurğulayıb.  Bu sahədə, xüsusilə Azərbaycan İlahiyyat İnstitutunun sistemli və elmi əsaslara söykənən təhsil tədris etməsinin cəmiyyət üçün vacib rol oynadığını bildirib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
2
xalqqazeti.az

3Источники