RU

İran Yaxın Şərqdəki ABŞ zavodlarına hücum edib

İran Əbu-Dabidə Amerikanın “United States Steel” korporasiyasının, Bəhreyndə ABŞ alüminium zavodunun və İsrailin silah şirkəti “Rafael”in istehsal müəssisələrinə zərbələr endirib.

Missiya.Az xəbər verir ki, zərbələr xəbərdarlıq xarakteri daşıyır və əgər İran sənayesinə təkrar hücum olarsa, növbəti cavab daha güclü olacaq.

Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların tezliklə başa çatacağını bildirib və ölkəni “Daş dövrünə” qaytaracaq zərbə ilə hədələyib. 1 aprel tarixində ABŞ Hərbi Hava Qüvvələrinin EA-37B Compass Call təyyarələri Yaxın Şərqə yerləşdirilib, USS George HW Bush isə bölgəyə yola düşüb.

Seyranə QuliyevaMissiya.Az

Избранный
8
missiya.az

1Источники