RU

Başqa ölkələr normadan artıq yağış yağanda nə edir? Araşdırma

ain.az bildirir, Olke.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, ötən həftə normadan artıq yağan yağışlar respublika ərazisində, xüsusilə də Bakı və Abşeron yarmadasında bir sıra çətinliklər yaradıb. Təbii fəlakət regionlarda, eləcə də Bakı və Abşeron yarmadasında sel və daşqınla nəticələnib.

Xüsusilə Bakı və Abşeron yaramadasında bir sıra ərazilərdə kanalizsiyalar artıq yüklənmədən daşaraq subasmaya səbəb olub, bəzi ərazilərdə yağış və kanalizasiya suları evlərə dolub.

Ölkə.Az xəbər verir ki, hazırda yaranmış vəziyyətin aradan qaldırılması üçün tədbirlər görülsə də, növbəti dəfə güclü yağıntı olarsa, eyni halların təkrarlanması istisna edilmir. Odur ki, qarşıda duran əsas məsələ problemin kökündən həll edilməsidir.

Digər ölkələrdə yağış suları ilə mübarizə üçün bir sıra üsul və texnologiyalardan istifadə edilir.

Araşdırmalarımıza görə, bu üsullardan biri “Süngər şəhər” (Sponge City) modelidir.

Bu zaman şəhər yağışı “udur”. Yəni parklar, yaşıllıq zonaları artırılır, torpaq suyu özünə çəkir, süni göllər, su hovuzları yaradılır damlarda xüsusi su toplama sistemləri qurulur.

Nəticədə su kanalizasiyaya yüklənmir, daşqın azalır. Bu yanaşma şəhərlərin yağış sularını “soraraq” daşqın riskini azaltmağa kömək edir.

Növbəti yol isə yaşıl infrastrukturun (Green Infrastructure) yaradılmasıdır. Bu, ən çox istifadə olunan müasir texnologiyalardandır.

Elementləri: “rain garden” (yağış bağları), yaşıl damlar (green roofs), biosuvarma kanalları (bioswales), ağac və bitki örtüyüdür.

Bunlar suyu saxlayır, süzür, yavaş-yavaş torpağa ötürür

Yaşıl infrastruktur həm daşqını azaldır, həm də suyu təmizləyir.

Üçüncü üsul su keçirən örtüklərdir (Permeable pavements).

Adi asfalt suyu keçirmədiyi üçün normalda problem yaradır. Buna görə də, xüsusi daş döşəmələr, məsaməli asfalt istifadə olunur. Yağış suyu birbaşa torpağa keçir. Bu üsul səth axınını azaldır və daşqının qarşısını alır.

4. Yeraltı su anbarları və drenaj sistemləri

Bəzi ölkələr (məsələn, Yaponiya, Niderland) yeraltı böyük tunellər, su toplama rezervuarları, gecikdirici hovuzlar qurur. Güclü yağışda su əvvəl burada toplanır, sonra tədricən buraxılır. Nəticədə kanalizasiya sisteminin yüklənməsi azalır.

5. SUDS (Sustainable Urban Drainage Systems) – Bu, artıq ümumi sistem adıdır.

Su “hara düşürsə, orada idarə et” məntiqi ilə işləyir.

Buraya infiltrasiya xəndəkləri, suyu saxlayan kiçik hovuzlar, yaşıl sahələr, suyu yavaşladan sistemlər daxildir. Bu yanaşma təbii su dövranını təqlid edir və daşqın riskini azaldır.

Son olaraq dünya təcrübəsində yağış suları ilə mübarizədə ağıllı texnologiyalardan (Smart systems) istifadə edilir.

Əbu-Dabi kimi bəzi şəhərlər artıq bu texnologiyaya qoşulub. Bu zaman sensorlar su səviyyəsini ölçür, “real-time” idarəetmə tətbiq edilir, süni intellekt modellərindən və daşqın proqnozundan yararlanırlar. Ağıllı sistemlər əvvəlcədən xəbərdarlıq və idarəetmə imkanı yaradır.

Əgər köhnə model suyu tez “kanalizasiya ilə uzaqlaşdır”mağı hədəfləyirsə, yeni model suyu toplamağı + saxlamağı + torpağa ötürməyi + təkrar istifadə etməyi nəzərdə tutur.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
olke.az

2Источники