RU

Niyazi Bayramov Aprel döyüşlərində həlak olan şəhidlərin ailələrini ziyarət etdi Fotolar

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan Bayramov Vaqif Dilqəm oğlunun və Quliyev İnqilab Çingiz oğlunun ailə üzvlərini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, ziyarətdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, bələdiyyə sədrləri, həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər.

Niyazi Bayramov bildirib ki, şanlı zəfərimizin başlanğıcı məhz Aprel döyüşləri ilə qoyulub: “2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə tariximizin şərəfli və qürurverici səhifələrindən biri kimi yadda qalıb. Həmin döyüşlərdə Azərbaycan əsgəri misilsiz şücaət və qəhrəmanlıq nümayiş etdirərək düşmənə sarsıdıcı zərbə endirib, xalqımızın döyüş ruhunu və qələbə əzmini bütün dünyaya göstərib. Şəhidlərimizin canları bahasına qazandıqları bu uğur sonrakı böyük Zəfərin möhkəm təməlini təşkil edib və onların göstərdiyi igidlik hər zaman dərin ehtiramla xatırlanacaq. Görüşdə hər iki şəhidin keçdiyi şərəfli ömür yoluna nəzər salınıb, onların qəhrəmanlıqlarından bəhs olunub.

Xatırladaq ki, Quliyev İnqilab Çingiz oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə (ölümündən sonra) təltif edilib. Bayramov Vaqif Dilqəm oğlu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə (ölümündən sonra) təltif olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
qafqazinfo.az

1Источники