RU

Türkiyə-Paraqvay oyununun başlama saatı dəyişdirildi

Futbol üzrə Türkiyə millisinin dünya çempionatında keçirəcəyi oyunlardan birinin başlama saatı dəyişib.

"Cebheinfo.az" "Hurriyet"ə istinadən xəbər verir ki, Paraqvay seçməsi ilə qarşılaşma iyunun 20-də, Bakı vaxtı ilə saat 07:00-da start götürəcək.

Matçın daha əvvəl saat 08:00-da başlaması planlaşdırılmışdı.

Xatırladaq ki, Türkiyə millisi iyunun 14-də Bakı vaxtı ilə saat 08:00-da Avstraliya ilə, iyunun 26-da saat 06:00-da ABŞ ilə üz-üzə gələcək.

"Cebheinfo.az"

Избранный
12
9
cebheinfo.az

10Источники