RU

Türkiyə Müdafiə Nazirliyi C 130 təyyarəsinin qəzaya uğraması barədə dezinformasiya ilə bağlı məhkəmə iddiası qaldırır

ain.az, Azertag saytına istinadən bildirir.

Ankara, 2 aprel, AZƏRTAC

Türkiyə hərbi təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı əsassız iddialar ölkə ictimaiyyətini çaşdırmaq məqsədi daşıyan açıq-aşkar dezinformasiyadır. İyirmi türk hərbçisinin həyatına son qoyan faciə ilə bağlı istintaq son dərəcə dəqiq və diqqətli şəkildə davam edir, yekun hesabat ictimaiyyətə açıqlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

Nazirlik vurğulayıb ki, 11 noyabr 2025-ci il faciəsi ilə bağlı dezinformasiya yayan siyasətçiyə (Vətən Partiyasının baş katibi Doğu Perinçek – AZƏRTAC-ın qeydi) qarşı məhkəmə iddiası hazırlanıb və proseslər başlayıb.

Milli Müdafiə Nazirliyi vurğulayıb: “Türkiyənin milli təhlükəsizliyi ilə bağlı məsələlərə münasibətdə təxribat və manipulyasiya xarakteri daşıyan iddialar və şərhlər də daxil olmaqla, konkret dəlillərlə dəstəklənməyən əsassız ifadələrə və ittihamlara məhəl qoymamaq, yalnız rəsmi qurumların bəyanatlarını nəzərə almaq son dərəcə vacibdir”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
4
azertag.az

5Источники