RU

Elçin konsertinə Çindən robotlar gətirir? VİDEO

Azxeber.com saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sevilən müğənni Elçin Cəfərovun 29 mayda Heydər Əliyev Sarayında baş tutacaq solo konserti ilə bağlı bəzi iddialar gündəmə gəlib.

AZXEBER.COM xəbər verir ki, hər fürsətdə konsertində izləyicilərə keyfiyyətli musiqi ilə yanaşı maraqlı şou təqdim edəcəyini deyən Elçinin bunun üçün Çinli mütəxəssislərə üz tutduğu deyilir.

Belə ki, sənətçi bu dəfə səhnəyə fərqli konseptlə çıxacaq. İddialara görə, musiqili gecədə özəl hazırlanan xüsusi nömrələrdə onu Çindən gətirilən rəqs edən robotlar müşayiət edəcək.

Elçin isə açıqlamasında konsertə ciddi hazırlşadığını, sürprizləri isə gizli saxladığını bildirib:

"Solo konsert vermək mənim çoxdankı arzumdur. Təbii ki, bu günə çox özəl və məsuliyyətlə hazırlaşıram. Əsas istəyim, izləyicilərimi təəccübləndirmək, əyləndirmək və əhvalını xoş etməkdir. Bunun üçün də dayanmadan çalışırıq. Konsertdə mənim tam fərqli tərəflərimi də görəcəklər. Onlar üçün çox maraqlı ifalarla yanaşı, sürprizlər də hazırlayırıq. Amma onları indi açıqlaya bilmərəm. Bütün bunları görmək üçün, onların hər birini 29 mayda Heydər Əliyev Sarayında keçiriləcək konsertimə gözləyirəm". 

Aysel Hacızadə

Bu gönderiyi Instagram'da gör

Azxeber Life (@azxeber_life)'in paylaştığı bir gönderi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
5
azxeber.com

6Источники