RU

Yayda klubunu dəyişəcək

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Romelu Lukaku yayda “Napoli”dən ayrılacaq."Football-plus.az" xəbər verir ki, insayder Nikolo Skiranın məlumatına görə, 32 yaşlı forvardın qərarına onun klubla münasibətlərinin gərginləşməsi səbəb olub. Lukaku zədəli olmasına, Belçika yığmasının matçlarında iştirak etməməsinə baxmayaraq, milli komandanın düşərgəsində qalıb. “Napoli”nin isə futbolçunun Belçika millisində çalışdığı müddətdə klubla məşqləri buraxmağa davam edəcəyi halda sanksiyalar tətbiq edəcəyi bildirilirdi. Vəziyyət həll olunana qədər Romelunun müvəqqəti olaraq oyunlardan kənarlaşdırılması variantı da istisna edilmirdi. Vəziyyət sonda o qədər gərginləşib ki, onun nümayəndələri Lukaku ilə maraqlanan klublara futbolçunun DÇ-2026-dan dərhal sonra “Napoli”ni tərk edəcəyinə dair məlumat veriblər.Romelu bu mövsüm 7 oyunda 64 dəqiqə meydanda olub və 1 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
1
icma.az

2Источники