RU

Fərda və Elməddinlə aralarındakı soyuqluqdan danışdı: "Küsüb, çıxıb getmişəm"

Tanınmış aktyorlar Elməddin Cəfərovla Fərda Amin əvvəllər aralarında yaranan soyuqluqdan danışıblar.

BAKU.WS xəbər verir ki, "Gün ortası" verilişinə qonaq olan məşhurlar bu soyuqluğun maddiyyatla bağlı olmadığını açıqlayıblar.

"Elməddin də dedi ki, bizim aramızda maddiyyatla bağlı elə şeylər olmayıb. Onun bir kəliməsinə layihələrində çəkilmişəm. Son ayrılığımız belə şəxsi münasibətlər zəmnində olub. Mən Elməddindən gözlədiyimi ala bilməmişəm. Küsüb, çıxıb getmişəm. Bilirlər ki, hansı qiymət danışılmışdı və mən hansı qiymətə getdim. Yəni aramızda maddiyyat söhbəti olmayıb" - deyə Fərda Amin bildirib.

Xatırladaq ki, Fərda Amin və Elməddin Cəfərov arasındakı soyuqluq əsasən yaradıcı fikir ayrılıqları və işgüzar münasibətlərdəki anlaşılmazlıqlarla bağlı olub. Elməddin, Fərdanın "Bacanaqlar" serialından ayrılması və işinə mane olmaı iddiası ilə bağlı narazılıqlarını dilə gətirmişdi.

Lakin Elməddin Cəfərovla Fərda Xudaverdiyev ötən il barışıblar. Elməddin Cəfərov, həmkarının anasının yas mərasiminə qatılaraq, bu incikliyə son qoyub.

Избранный
38
1
far.az

2Источники