RU

Ruhani  hökuməti islahatlara çağırdı 

Dünən İranın keçmiş prezidenti Həsən Ruhani ABŞ və İsrailin hücumları fonunda verdiyi açıqlamada ölkənin və xalqın maraqları naminə müharibəni “şərəflə” başa vurmağa hazır olmaq lazım olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, Fars körfəzi adalarına qarşı təcavüzün qarşısını almaq və Hörmüz boğazına nəzarəti qorumağın vacibliyini vurğulayıb.

Ruhani əlavə edib ki, Ali Milli Təhlükəsizlik Şurası müharibənin davam edib-etməməsi ilə bağlı müxtəlif ssenariləri təcili şəkildə hüquqi prosesdə müzakirə etməli və düşmənin “təcavüzkar və aldadıcı” planlarını neytrallaşdırmaq üçün qərar verməlidir.

Keçmiş prezident İslam Respublikasını qorumağın zəruriliyini qeyd edərək bildirib ki, bu məqsədlə siyasətdə dərhal fundamental islahatların həyata keçirilməsi vacibdir və xalq artıq rəsmilərə qarşı arqumentlərini tükəndirib.

Избранный
44
1
veteninfo.az

3Источники