RU

AQTA nın nümayəndəsi EPPO nun beynəlxalq Ekspert İşçi Qrupuna seçilib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini, Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) Rəqəmsal Texnologiyalar üzrə Ekspert İşçi Qrupunun tərkibinə seçilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, AQTA nümayəndəsinin bu beynəlxalq İşçi Qrupunda təmsil olunması Azərbaycanın bitki mühafizəsi və pestisidlərin tənzimlənməsi sahəsində qlobal müzakirələrdə fəal iştirakının göstəricisidir. Bu, həmçinin qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi, milli tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və aidiyyəti sahədə institusional potensialın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İşçi Qrupunun fəaliyyəti çərçivəsində əkin sahələrinin dronlar vasitəsilə müşahidəsi, bitkilərin sağlamlığının rəqəmsal qiymətləndirilməsi, eləcə də digər innovativ texnologiyaların sınaqlarda istifadəsi ilə bağlı elmi və tənzimləyici məsələlər müzakirə olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
azertag.az

1Источники