RU

İran: Qərbin Tehrana qarşı planları uğursuzluğa düçar olub



Qərb İslam Respublikasına qarşı düşmənçilik planlarını həyata keçirə bilmədiyi. Onun Tehrana qarşı planları uğursuzluğa düçar oldu.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunları İran hökumətinin informasiya şurasının rəhbəri Elias Həzrəti deyib.

"Son illərdə Qərb beyin mərkəzləri dəfələrlə İranın böyük bir ölkə olduğu və nəzarəti təmin etmək üçün bir neçə kiçik dövlətə bölünməli olduğu fikrini bildiriblər. Onların əsas məqsədi İranı bölmək, rejimi çökdürmək və nəticədə ölkənin neft ehtiyatlarına nəzarəti ələ keçirmək idi. Bu fərziyyələrə əsaslanaraq, məqsədlərinə tez və bir neçə gün ərzində nail ola biləcəklərini düşünürdülər. Əslində isə bunun tam əksi baş verdi. Bir neçə görkəmli şəxsiyyətin və hərbi rəsminin ölümü də daxil olmaqla, ağır zərbələrə baxmayaraq, İran xalqı misli görünməmiş birlik nümayiş etdirdi. Bütün fikir ayrılıqları kənara qoyuldu və fərqli baxışlara və üstünlüklərə malik insanlar İranı müdafiə etmək uğrunda birləşdilər",-deyə Elias Həzrəti bildirib.

Anar
Избранный
13
newscenter.az

1Источники