RU

Adilbek Kasımalıyev: Türk dövlətləri ilə qarşılıqlı investisiyalar üçün böyük imkanlarımız var

Bakı, 2 aprel, AZƏRTAC

Qırğızıstan son 5 il ərzində investisiya mühitinin yaxşılaşdırılması istiqamətində sistemli islahatlar həyata keçirib. Bununla yanaşı, bizim qardaş türk dövlətləri ilə qarşılıqlı investisiyalar üçün böyük imkanlarımız var.

AZƏRTAC xəbər verir ki, bunu Qırğızıstan Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, təşkilat çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayır və ticarətin, turizmin, eləcə də regional inteqrasiyanın inkişafına təkan verir. Bu istiqamətdə beynəlxalq yük daşımalarının rəqəmsallaşdırılması xüsusilə vacibdir. Qırğızıstan Avrasiyanın mərkəzində yerləşdiyinə görə tranzit imkanlarından tam istifadə etməyə çalışır. Eyni zamanda, Qırğızıstan ərazisi Orta Dəhlizin ümumi sistemində əsas əlaqə qovşaqlarından biri hesab olunur.

 

Избранный
34
2
azertag.az

3Источники